Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

9 il sonra üzə çıxdı: Maltanın ən varlı iş adamı jurnalisti qətlə yetirib

2 dəq
Paylaş:
9 il sonra üzə çıxdı: Maltanın ən varlı iş adamı jurnalisti qətlə yetirib

Maltalı iş adamı Yorgen Fenechin ilə bağlı məhkəməsi başlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Maltanın nüfuzlu iş adamlarından biri, “Hilton Malta” otel və kazino şəbəkəsinin sahibi Yorgen Fenechin araşdırmaçı -nın qətli ilə bağlı məhkəmə prosesi Valletta şəhərində start götürüb.

İstintaq materiallarına əsasən, Fenech jurnalistin qətlə yetirilməsi üçün üç nəfər muzdlu qatilə ümumilikdə 150 min avro ödəyib. Bildirilir ki, qətldən bir gün əvvəl jurnalistin avtomobilinə sürücü oturacağının altına uşaq ayaqqabısı qutusunda gizlədilmiş partlayıcı yerləşdirilib.

Məlumata görə, Fenech taksi sürücüsü Melvin Theuma vasitəsilə George və Alfred Degiorgio qardaşları ilə əlaqə yaradaraq sui-qəsdi təşkil edib. Razılaşmaya əsasən, məbləğin 30 min avrosu əvvəlcədən ödənilib, qalan hissəsinin isə sonradan verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Daphne Caruana Galizia hökumət və iri biznes dairələrində korrupsiya iddiaları ilə bağlı araşdırmaları ilə tanınırdı. Onun 2017-ci ildə qətlə yetirilməsi Avropada geniş rezonans doğurmuşdu.

Xatırladaq ki, 7 il əvvəl həbs olunsa da, hüquqi prosedurlar səbəbindən məhkəmə prosesi uzun müddət təxirə salınmışdı. İş üzrə 7 nəfər ittiham olunur. Onlardan 5-i artıq məhkum edilib, bir nəfər isə istintaqla etdiyi üçün əfv olunub. Fenech bu iş üzrə mühakimə olunan sonuncu təqsirləndirilən şəxsdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax