Milli Məclisin sədri Sahibə Qafarova Qətərin keçmiş əmiri, mərhum Şeyx Xəlifə bin Həməd Əl Taninin dəfn mərasimində iştirak edəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə parlament sədrinin birinci müavini Əli Əhmədov qanunverici orqanın növbədənkənar sessiyasının bugünkü iclasında məlumat verib.
O qeyd edib ki, S.Qafarova bununla bağlı Qətərdə səfərdədir.
Xatırladaq ki, Qətər Dövlətinin keçmiş əmiri, ölkəyə 18 il rəhbərlik etmiş Şeyx Həməd bin Xəlifə Al Tani iyulun 12-də 74 yaşında vəfat edib.