“S&P”: “Qırmızı dənizdə artan təhlükəsizlik təhdidləri “Azeri Light” təchizatına təsir göstərə bilər”

“S&P”: “Qırmızı dənizdə artan təhlükəsizlik təhdidləri “Azeri Light” təchizatına təsir göstərə bilər”
16.01.2024 14:29
Aa
dəq

Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi və iri yerli neft emalı zavodları Hörmüz boğazı ilə bağlı gərginliyin və Yəmən husilərinin fəaliyyətinin bu ölkənin Yaxın Şərqdən xam neft idxalına mane olma ehtimalının az olacağını düşünür, lakin hazırda nəqli zamanı daha uzun marşrutdan istifadə edilən Qazaxıstanın “CPC Blend” markalı neftinin bəzi partiyalarının tədarükündə gecikmələr ola bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə “S&P Global Commodity Insights” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, bu markalı Qazaxıstan neftinin tədarükü Qırmızı dəniz hövzəsində təhlükəsizliklə bağlı risklərin artması səbəbindən təhdid altındadır:

“CPC Blend” nefti əvvəlcə istehsal müəssisələrindən Tengiz-Qara dəniz kəməri vasitəsilə Rusiyanın Qara dənizdəki Novorossiysk dəniz limanına göndərilir. Buradan isə Süveyş kanalı vasitəsilə Cənubi Koreyadakı dəniz limanlarına nəql olunur”.

Bildirilib ki, indi Qazaxıstan nefti Cənubi Koreyaya Süveyş kanalından yan keçərək Ümid burnu vasitəsilə, yəni daha uzun marşrutla göndərilir.

Digər tərəfdən, Asiya neft emalı zavodlarının ümumi xam neft idxalı baxımından Qırmızı dəniz marşrutundan asılılığı cüzidir. Belə ki, ABŞ, Latın Amerikası və Qərbi Afrikadan göndərilən demək olar ki, bütün xam neft yükləri adətən Cənubi Afrikanın ən cənub hissəsi vasitəsilə Uzaq Şərqə nəql olunur.

Amma kiçik həcmdə Liviyanın “El Sharara”, “Mesla Blend” neft növləri və “Mellitah” kondensatı, həmçinin Əlcəzairin “Saharan Blend”, Qazaxıstanın “CPC Blend” və Azərbaycanın “Azeri Light” nefti “Suezmaxes” və ya daha kiçik tankerlərdə daşınır. Bu tankerlər Uzaq Şərqə Süveyş kanalı və Qırmızı dəniz marşrutu ilə gedir.

Bu arada, Cənubi Koreyanın neft emalı ilə məşğul olan şirkətləri məlumat veriblər ki, logistik risklər və “CPC Blend” xam neftinin nəqli ilə bağlı daha yüksək xərclər onların aylıq xam neft alışına dair planlarına zərər verməyəcək, çünki bir çox alternativ tədarük variantları var.

“Süveyş kanalı və Qırmızı dəniz Cənubi Koreya üçün heç vaxt mühüm neft ticarəti yolu olmayıb”, - “Ulsan” neft emalı zavodunun meneceri söyləyib.

Cənubi Koreyada fəaliyyət göstərən iki neft emalı zavodunun menecerləri deyiblər ki, ölkələrinin Şimali Afrika və Aralıq dənizindən keçən marşrutdan çox asılı olmamasının səbəblərindən biri ABŞ-nin xeyli miqdarda yüngül, az kükürdlü xam neft təklif etməsidir.

Gömrük məlumatlarına əsasən, ötən ilin dekabrında bu ölkəyə ABŞ-nin xam neft tədarükləri, əsasən “WTI Midland” daxil olmaqla, illik müqayisədə 18,9 % artaraq 15,7 milyonbarelə çatıb.

Ümumilikdə, dünyanın dördüncü ən böyük neft idxalçısı olan Cənubi Koreyaya ötən ay 88,22 milyon barel neft tədarük edilib .

2023-cü ildə Cənubi Koreya 1 milyard 004,1 milyon barel xam neft idxal edib və bu da 2022-ci ilin göstəricisindən 2,6 % azdır.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu