Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Tərəflər müqəddəs Qurban bayramı münasibətilə bir-birlərini təbrik edərək, hər iki ölkənin xalqlarına firavanlıq və ruzi-bərəkət arzularını çatdırıblar.
İran Prezidenti ölkəsinin çətin günlərində Azərbaycanın göstərdiyi humanitar dəstəyə görə minnətdarlığını ifadə edib. Prezident İlham Əliyev isə öz növbəsində vurğulayıb ki, Azərbaycan və İran həm xoş, həm də çətin günlərdə hər zaman bir-birinin yanında yer alır.
Söhbət zamanı, həmçinin Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin inkişafı və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.