SOCAR: “Dünya bazarında neft qiymətləri ortamüddətli planlaşdırma üçün qənaətbəxşdir”

SOCAR: “Dünya bazarında neft qiymətləri ortamüddətli planlaşdırma üçün qənaətbəxşdir”
22.06.2023 15:18
Aa
dəq

Azərbaycan Dövlət Neft-Qaz Şirkəti (SOCAR) neftin cari qiymətlərini ortamüddətli planlaşdırma üçün qənaətbəxş hesab edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “S&P Global”a müsahibəsində deyib.

“Biz kifayət qədər aşağı qiymətlər də daxil olmaqla, müxtəlif qiymət şərtlərində uğurla işləmişik. Hazırda ortamüddətli planlaşdırma baxımından hazırkı qiymətlər tamamilə qənaətbəxşdir”, - o bildirib.

Azərbaycanın “OPEC+” çərçivəsində fəaliyyətinə toxunan SOCAR-ın nümayəndəsi qeyd edib ki, ölkə bu təşkilatın apardığı siyasəti dəstəkləyir.

Onun sözlərinə görə, neftin son zamanlar ucuzlaşmasına baxmayaraq, bu enerji resursunun qiymətinin yenidən artacağı ilə bağlı gözləntiləri var.

“Qiymətlərin daha da aşağı düşəcəyinə inanmıram. Hesab edirəm ki, bununla bağlı tendensiya yuxarıya doğru istiqamətlənəcək. Əgər belə olarsa, o zaman neft hasilatında ciddi azalmanın olacağını gözləmirəm”, - V.Bəylərbəyov vurğulayıb.

O əlavə edib ki, Asiya və Qərb ölkələrində, ilk növbədə ABŞ-da tələbat azalarsa, vəziyyət dəyişə bilər.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu