Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Markus Reşford "Bavariya"ya keçə bilər?

2 dəq
Paylaş:
Markus Reşford "Bavariya"ya keçə bilər?

Son günlər Avropa mətbuatında ""in futbolçusu Markus Reşfordun Almaniyanın "" klubuna keçə biləcəyi barədə iddialar geniş müzakirə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli hücumçunun ötən mövsümü icarə əsasında "Barselona"da keçirməsi və bu yay komandasını dəyişəcəyi ilə bağlı şayiələr bu transfer ehtimalını gücləndirirdi.

Tanınmış idman jurnalisti mövzu ilə bağlı konkret məlumatları bölüşüb. Onun sözlərinə görə, təmsilçisi 28 yaşlı futbolçu ilə bağlı hazırda heç bir danışıq aparmır.

İnsayder vurğulayıb ki, şayiələrə baxmayaraq, klub rəhbərliyi tərəfindən bu transferlə bağlı hər hansı rəsmi addım atılmayıb.

Ekspert həmçinin "qırmızı şeytanlar"ın yetirməsinin transferinin "Bavariya" üçün ciddi maliyyə yükü yarada biləcəyini qeyd edib.

Reşfordun yüksək əmək haqqı tələbləri və transfer zamanı istəyəcəyi böyük bonuslar Almaniya çempionunun büdcəsi üçün əlavə çətinliklər yaradır.

Hazırda Münhen klubu diqqətini daha çox digər hədəflərə – PSV-dən İsmayıl Saybari və "Ayntraxt"dan Nataniyel Braun kimi oyunçuların transferinə yönəldib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax