Slovakiyanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib. Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” diplomatik nümayəndəliyə istinadən məlumat yayıb.
Səfirliyin təbrik mesajında deyilir: “Slovakiyanın Azərbaycandakı səfirliyi hər kəsə dinc və mübarək Qurban bayramını qeyd etməyi arzulayır”.