Şirvanda dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb

Şirvanda dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb
02.06.2023 09:08
Aa
dəq

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara qarşı dələduzluq edən və bu cinayət əməlinə görə axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində bir neçə rayon və şəhər sakinini aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə mənimsəyən Şirvan şəhər sakini Anar Əliyev paytaxt ərazisində saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırmalar zamanı məlum olub ki, A.Əliyev 25 nəfər şəxsin etibarından istifadə edərək, onlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də dayandırılmış təqaüdlərinin bərpa olunmasında köməkliklər göstəriləcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin ümumilikdə 70000 manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, A.Əliyevin barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər A.Əliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

Həftənin ən çox oxunanları

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
DAVAMIN OXU davamın oxu

Evə basqın etdi, polis zərərsizləşdirdi

Evə basqın etdi, polis zərərsizləşdirdi
DAVAMIN OXU davamın oxu

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO
DAVAMIN OXU davamın oxu

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu