Şirkətin 1,4 milyon manat pulunun mənimsənilməsinin detalları məlum olub - İTTİHAM AKTI

Şirkətin 1,4 milyon manat pulunun mənimsənilməsinin detalları məlum olub - İTTİHAM AKTI
08.08.2023 11:29
Aa
dəq

Bakıda şirkətin külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Orxan Məmmədov, Zaur Babayev, Cəbrayıl Cəbrayılov, Fuad Xəlilzadə və Murad Rəsulovun cinayət işinin bəzi detalları məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, istintaq materiallarında qeyd olunub ki, Orxan Məmmədov “İnteqral” QSC-nin məişət əşyalarının və texnikasının topdan satış kateqoriya üzrə menecer vəzifəsində işləyib.

O, həmin müddət ərzində öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş özgə əmlakını talama məqsədilə 2019-cu ilin yanvar ayından başlayaraq QSC-nin məişət əşyalarının və texnikasının topdan satış şöbəsində sürücü-ekspeditor vəzifəsində işləyən Zaur Babayevlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək malların satışından əldə olunan pul vəsaitlərini Cəmiyyətin xəzinəsinə ödəməyərək öz aralarında bölmək barədə razılığa gəliblər.

Bununla da onlar ümumilikdə 168 min 460 manat 90 qəpik nağd pulu aralarında bölüblər.

Orxan Məmmədov 2021-ci ilin yanvar ayından başlayaraq Zaur Babayevlə və əvvəllər tanıdığı QSC ilə ticarət əlaqələrində olan Murad Rəsulovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib. O, cinayətin törədilməsinə rəhbərlik etməklə ayrı-ayrı dilerlərdən sifariş kimi qəbul olunan və həmin dilerlərə çatdırılması təşkil edilməyərək malların Murad Rəsulovun vasitəsi ilə satışını həyata keçirərək satışdan əldə olunan pul vəsaitlərini öz aralarında bölmək barədə razılığa gəlib.

Nəticədə Orxan Məmmədov, Zaur Babayev və Murad Rəsulov “İnteqral” QSC-yə məxsus 525 min 547 manat 92 qəpik pulunu vahid niyyətlə mənimsəyib.

İttiham aktında göstərilib ki, təqsirləndirilən Cəbrayıl Cəbrayılov “İnteqral” QSC-nin məişət əşyalarının və texnikasının topdan satış şöbəsində ekspeditor vəzifəsində çalışıb. O, onunla birgə ekspeditor vəzifəsində işləyən Fuad Xəlilzadə və Cəmiyyətin məişət əşyalarının və texnikasının topdan satış şöbəsinin müdir müavini vəzifəsini icra edən Orxan Məmmədov ilə qabaqcadan əlbir olub malların satışından əldə olunan pul vəsaitlərini şirkətin xəzinəsinə ödəməyərək öz aralarında bölmək barədə razılığa gəliblər.

Nəticədə Cəbrayıl Cəbrayılov, Fuad Xəlilzadə və Orxan Məmmədov “İnteqral” QSC-yə məxsus ümumilikdə 763 min 80 manat 80 qəpik pulunu mənimsəmə yolu ilə ələ keçiriblər.

Beləliklə, şirkətin sabiq əməkdaşları “İnteqral” QSC-nin 1 457 088 manat pulunu mənimsəyiblər.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu