Şimşək çaxıb, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA

Şimşək çaxıb, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA
16.05.2023 10:24
Aa
dəq

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata əsasən, qar örtüyü əmələ gəlib, Şahdağda 2 sm, Qrızda 1 sm, Lerik, Daşkəsən və Gədəbəy rayonlarının dağlıq ərazilərində qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 35.0 mm (aylıq normanın 77%-i), Astarada 35.0 mm (aylıq normanın 69%-i), Lerikdə 21.0 mm, Yardımlıda 17.0 mm (aylıq normanın 28%-i), Kürdəmirdə 15.0 mm (aylıq normanın 39%-i), Qəbələ, Oğuzda 13.0 mm, Goranboyda 12.0 mm, Göyçayda 10.0 mm, Bərdə, Ağdamda 9.0 mm, Zərdab, Göygöldə 8.0 mm, Şəki, Qrız, Biləsuvarda 7.0 mm, Şahdağ, Mingəçevir, Neftçala, İsmayıllıda 6.0 mm, Gəncə, Yevlax, Gədəbəydə 5.0 mm, Naftalan, Ordubad, Şamaxı, Sabirabad, Altıağacda 4.0 mm, Xaltan, Beyləqan, İmişli, Cəfərxan, Daşkəsəndə 3.0 mm, Tərtər, Şahbuzda 2.0 mm, Naxçıvan, Ağstafa, Balakən, Zaqatala, Qobustan, Quba, Qusar, Şabranda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.

Külək mayın 15-də şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında arabir 23 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.3 metrə çatıb.

Ordubad, Naftalan, Gəncə, Şəmkir, Qax, Şamaxı, Şəki, Qrız, Göyçay, Biləsuvar, Lerikdə müşahidə olunub, dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Havanın temperaturu mayın 15-də iqlim normasından 3.0° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14° isti, Naxçıvanda 5-10° isti, dağlıq rayonlarda 3-6° isti, yüksək dağlıq rayonlarda 4°-dək şaxta, aran rayonlarında 12°-dək isti olub.

Həftənin ən çox oxunanları

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
DAVAMIN OXU davamın oxu

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb
DAVAMIN OXU davamın oxu

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bazar gününə olan hava proqnozu açıqlanıb
DAVAMIN OXU davamın oxu

Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu