Bakıda və Abşeron yarımadasında, eləcə də Azərbaycanın bəzi bölgələrində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı meteoroloji xəbərdarlıq elan edilib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, həmçinin Xızı, Qobustan, Şamaxı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Gədəbəy və Daşkəsən rayonlarında sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək.
Küləyin sürətinin 13,9–20,7 m/saniyə təşkil edəcəyi gözlənilir.
Qeyd edilib ki, küləkli hava şəraiti ilə əlaqədar əhali və aidiyyəti qurumların ehtiyatlı olması tövsiyə olunur.