Operativ Məlumat Mərkəzi

Sərnişindaşımada qatarların hərəkət qrafiki yenilənir

1 dəq
Paylaş:
Sərnişindaşımada qatarların hərəkət qrafiki yenilənir

“Azərbaycan Dəmir Yolları” QSC payız-qış mövsümünün başlanması ilə əlaqədar sərnişinlərin rəy və təkliflərini nəzərə alaraq oktyabrın 1-dən etibarən bölgələr üzrə hərəkət edən qatarların qrafikində dəyişikliklər edib.

ADY-dən Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, dəyişikliklərə əsasən, payız-qış mövsümündə paytaxta üz tutan sərnişinlərin mənzilbaşına daha tez çatması üçün qatarlar mövcud qrafikdən daha erkən yola düşəcək. Belə ki, yenilənmiş qrafikə əsasən, Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatar saat 17:30-da, ənənəvi qrafikdən 40 dəqiqə tez yola düşərək saat 22:35-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Qəbələ-Bakı marşrutu üzrə yenilənmiş hərəkət qrafikinə əsasən sürətli sərnişin qatarı saat 19:00-da, ənənəvi qrafikdən 30 dəqiqə daha tez yola düşərək saat 22:20-də Bakı Dəmiryol Vağzalına çatacaq

Bu xəbəri paylaş

Oxşar xəbərlər