Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətləri göstərənlər icazə almalı olacaqlar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisə daxil olan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.
Həmin icazələr aşağıdakılardır;
-Azərbaycan ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm daşımalarına buraxılış vəsiqəsi;
-Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi:
-Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi:
-Taksi sifariş operatoru fəaliyyətinə icazə:
Bununla da, sərnişin və yük daşımalarında lisenziya tələbi icazə tələbi ilə əvəzlənir.