Operativ Məlumat Mərkəzi

Azərbaycanda avtomobillə yüklərin daşınması qaydasının pozulmasına görə cərimə ikiqat artırılır

1 dəq
Paylaş:
Azərbaycanda avtomobillə yüklərin daşınması qaydasının pozulmasına görə cərimə ikiqat artırılır

Azərbaycanda avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulmasına görə cərimə məbləği artırılır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliklə əmtəə təyinatlı yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

Hazırda isə həmin cərimənin məbləği 20 manatdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər