Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyi Azərbaycanın təşkilata sədrliyi dövründəki fəaliyyətini müsbət dəyərləndirib. Qurumun rəsmi "X" sosial şəbəkə hesabında yerləşdirilən paylaşımda Azərbaycan xalqı Müstəqillik Günü münasibətilə təbrik edilib və ölkəyə sülh, firavanlıq arzulanıb.
Məlumatda Azərbaycanın sədr qismindəki rolu xüsusi vurğulanıb: "Biz Azərbaycanın AQEM-in sədri kimi fəal və perspektivli rolunu yüksək qiymətləndiririk. Azərbaycanın sədrliyi altında institusional inkişaf və Bakıda keçiriləcək AQEM sammitinə hazırlıq istiqamətində fəal səylər davam edir, bu da regionda etimadın, tərəfdaşlığın və əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır".