Əsas məzmuna keç

Sahil Babayev: Büdcə xərcləri açıqlandı

Sahil Babayev: Büdcə xərcləri açıqlandı

Əmək və əhalinin sosial müdafiəsi naziri 2024-cü ilin maliyyə göstəricilərini təqdim edib. Sosial ödənişlər və təqaüdlərlə bağlı hansı dəyişikliklər gözlənilir?

ru en

2025-ci ildə Azərbaycanda dövlət maliyyəsinin səmərəli idarə edilməsi məqsədilə bir sıra islahatlar həyata keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu maliyyə naziri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Bu istiqamətdə 13 altsistemdən ibarət "Rəqəmsal Dövlət Maliyyəsi" İnformasiya Sistemi yaradılaraq Əsasnaməsi təsdiq olunub. Sistem çərçivəsində artıq "e-müqavilə", "e--rüsum", " məlumat idarəetmə", "elektron büdcə bələdçisi, "dövlət müəssisələrinin rəqəmsal monitorinqi" modulları istifadəyə verilib", - deyə o qeyd edib.

Bundan başqa, nazir əlavə edib ki, həyata keçirilən islahat tədbirləri çərçivəsində dövlət xəzinədarlığının fəaliyyəti təkmilləşdirilib, bu istiqamətdə dövlət büdcəsinin gəlir və xərclərinə nəzarətin təmin edilməsi, büdcə gəlirlərinin və xərclərinin cari və növbəti dövr üçün proqnozlaşdırılması məqsədilə müvafiq maliyyə hesabatlılıq portalı hazırlanaraq istifadəyə verilib: "Eyni zamanda hesabat dövründə büdcə xərclərinin 98 %-i xəzinə müşayiətinə cəlb edilib, dövlət xəzinədarlığında cari risk əsaslı nəzarət mexanizminin tətbiqinə başlanılıb. Xəzinədarlıq orqanlarının inzibati idarəetmə sistemi təkmilləşdirilib, regional xəzinədarlıq orqanları mərkəzləşdirilib. Hazırda ölkə üzrə bütün ödənişlərin yalnız bir xəzinə orqanı vasitəsilə təmin edilir".

"Hesabat dövründə dövlət müəssisələrinin gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və təhlili Qaydaları, habelə xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar təsdiq edilib, dövlət investisiya və infrastruktur layihələrinin maliyyə ekspertizasının təhlili prosesinə başlanılıb", - deyə o vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…