Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sahibə Qafarova Monteneqroya səfər etdi

1 dəq
Paylaş:
Sahibə Qafarova Monteneqroya səfər etdi

Milli Məclisin sədri Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak etmək üçün Monteneqroda işgüzar səfərdədir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Tivat Hava Limanında spiker Sahibə Qafarovanı Azərbaycanın Monteneqrodakı səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Monteneqronun Budva şəhərində keçiriləcək Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak edəcək.

Milli Məclisin sədrinin sammitdə çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax