Şahdağda 7, Xınalıqda 3 sm qar yağıb - FAKTİKİ HAVA

Şahdağda 7, Xınalıqda 3 sm qar yağıb - FAKTİKİ HAVA
18.05.2023 12:25
Aa
dəq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 18-nə olan məlumatına əsasən 17-də gün ərzində müşahidə olunan yağıntılar 18-i gecə saatlarından kəsilib, yağıntılar nəticəsində qar örtüyünün hündürlüyü Şahdağda 7 sm, Xınalıqda 3 sm olub.

Duman: Qrız, Şahdağ, Lerik, Göygöl, Şamaxıda müşahidə olunub.

Havanın temperaturu: Mayın 17-də iqlim normasından 1.7° aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-22° isti, Naxçıvanda 29°-dək isti, dağlıq rayonlarda 12-14° isti, yüksək dağlıq ərazilərdə 1-3° isti, aran rayonlarında 27°-dək isti olub.

Mayın 19-u əsasən şimal və qərb rayonlarında, 20-si gündüzdən 22-dək isə əksər rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında isə mayın 19-u gün ərzində və 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 18-dən 19-na keçən gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Həftənin ən çox oxunanları

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
DAVAMIN OXU davamın oxu

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb
DAVAMIN OXU davamın oxu

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bazar gününə olan hava proqnozu açıqlanıb
DAVAMIN OXU davamın oxu

Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu