Operativ Məlumat Mərkəzi

Şagirdlərin elektron yerdəyişməsi prosesi başlayıb - YENİLƏNİB

1 dəq
Paylaş:
Şagirdlərin elektron yerdəyişməsi prosesi başlayıb - YENİLƏNİB
proses sy.edu.az sistemi üzərindən həyata keçirilir. Qeyd edək ki, 10-cu siniflərin şagirdləri üçün elektron yerdəyişmə prosesi 15 avqust saat 15:00-dan...

Bu gündən 2024–2025-ci tədris ili üzrə 2-9 və 11-ci siniflər üçün şagirdlərin elektron yerdəyişməsi başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, proses sy.edu.az sistemi üzərindən həyata keçirilir.

Qeyd edək ki, 10-cu siniflərin şagirdləri üçün elektron yerdəyişmə prosesi 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.

***

Bu gündən 2024–2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Elm vəTəhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, proses sy.edu.az sistemi üzərindən həyata keçiriləcək. Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.

Ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat ictimaiyyətə öncədən elan ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər