Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Səbuhi Məmmədov Serbiyadan Azərbaycana ekstradisiya edildi

2 dəq
Paylaş:
Səbuhi Məmmədov Serbiyadan Azərbaycana ekstradisiya edildi

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən axtarışa verilən və yeri Serbiyada müəyyən edilən daha bir şəxsin iyulun 19-da Azərbaycana ekstradisiyası həyata keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2023-cü ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsə yalan vədlər verməklə ona külli miqdarda, yəni 90.869.964 manat məbləğində ziyan vurmaqla dələduzluq etməkdə ( Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan vətəndaşı Səbuhi Elburus oğlunun yeri Serbiyada müəyyən olunub və o, həbs edilib.

Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu, dövlətin nüfuzunu və Serbiyanın Azərbaycan üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiqləyir.

Məmmədov Səbuhi Elburus oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Serbiyanın Belqrad şəhərindən Azərbaycana gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridaxanasına yerləşdirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax