Operativ Məlumat Mərkəzi

Şabranda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edənlər həbs edilib - FOTO

1 dəq
Paylaş:
Şabranda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edənlər həbs edilib - FOTO

Şabranda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən iki nəfər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçiriblər.

Keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş Nicat Quliyev və G.Teymurova saxlanılıblar. Həmin şəxslərdən 2 kiloqrama yaxın marixuana və heroin aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər