Sabirabad sakinlərində narkotik vasitələr aşkarlanıb

Sabirabad sakinlərində narkotik vasitələr aşkarlanıb
25.07.2023 10:00
Aa
dəq

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Surra kənd sakini, əvvəllər məhkum olunmuş Ehtiram Ələkbərov saxlanılıb.

Onun üzərində keçirilən baxış zamanı narkotik maddə olan heroin və metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirləri davamı olaraq saxlanılan şəxsin yaşadığı ünvana, eləcə də atasına məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumi çəkisi 1 kiloqrama yaxın heroin, metamfetamin, marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Eyni istiqamətdə keçirilən daha bir əməliyyat tədbiri zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Vamiq Vəliyev də saxlanılaraq istintaqa təqdim olunub. Onun üzərinə və yaşadığı ünvana keçirilən baxış zamanı sellofan və kağız bükümlərdə qablaşdırılmış külli miqdarda heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu