Əsas məzmuna keç

Sabahın hava proqnozu: 13 dərəcə isti gözlənilir

Sabahın hava proqnozu: 13 dərəcə isti gözlənilir

Martın 12-də Bakı və bölgələrdə atmosfer şəraiti necə olacaq? Milli Hidrometeorologiya Xidmətinin yağıntı, duman və təzyiq dəyişikliyi ilə bağlı son məlumatı.

ru en

Azərbaycanda martın 12-də hava əsasən yağmursuz olacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-12° isti olacaq.

təzyiqi 775 mm civə sütunundan 772 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq və küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda isə gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…