Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya Ukraynanın üç vilayətinə hücum edib, 4 nəfər ölüb, 56 nəfər xəsarət alıb

2 dəq
Paylaş:
Rusiya Ukraynanın üç vilayətinə hücum edib, 4 nəfər ölüb, 56 nəfər xəsarət alıb

Ukraynanın , Xerson və Xarkov vilayətlərinə hücum edib, nəticədə 4 nəfər ölüb, 56 nəfər yaralanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" mediasına istinadən xəbər verir.

Zaporojye Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun sözlərinə görə, ötən sutka ərzində Rusiya qoşunları regionun 48 məntəqəsinə 605 zərbə endirib. Hücumlar nəticəsində 2 nəfər həlak olub, daha 36 nəfər yaralanıb.

Bildirilib ki, yaşayış yerlərinin, avtomobillərin və infrastruktur obyektlərinin zərər gördüyü barədə 259 məlumat daxil olub.

Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin qeyd edib ki, Rusiya hərbçiləri Xersonda mərkəzi hissəsində pilotsuz uçuş aparatı ilə taksiyə hücum ediblər. İlkin məlumatlara görə, iki nəfər həlak olub, daha beş nəfər yaralanıb.

Öz növbəsində, Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, ötən sutka ərzində Rusiya qoşunları vilayətin 20 yaşayış məntəqəsinə zərbələr endirib, 15 nəfər xəsarət alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax