Rusiya Müdafiə Nazirliyi Ukraynanın Odessa vilayətində yerləşən İzmail və Reni limanlarına gecə saatlarında hücumlar həyata keçirildiyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, hücumlar zamanı Reni limanında Ukrayna Hərbi Dəniz Qüvvələrinin idarəetmə mərkəzi hədəfə alınıb.
İzmail limanında isə Ukrayna hərbçilərinin müvəqqəti yerləşdiyi məntəqənin, həmçinin hərbi yüklərin daşınması və saxlanılması üçün istifadə olunan infrastruktur obyektlərinin vurulduğu qeyd olunub.
Rusiya Müdafiə Nazirliyi hücumların pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilməklə həyata keçirildiyini qeyd edib.
Rəsmi açıqlamada zərbələrin nəticələri və mümkün itkilərlə bağlı əlavə məlumat verilməyib.