Əsas məzmuna keç

Ruslan Əlixanov vəzifəsindən azad edildi

Ruslan Əlixanov vəzifəsindən azad edildi

Azərbaycan İnvestisiya Holdinqində gözlənilməz kadr dəyişikliyi: Baş icraçı direktorun səlahiyyətləri müvəqqəti olaraq AmCham prezidenti Dəyanət Sədullayevə tapşırıldı.

ru en

İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Holdinqin İdarə Heyətinin (İH) sədrinin təqdimatına əsasən qurumun Baş icraçı direktoru və İH-nin üzvü Əlixanovun vəzifəsindən azad olunması barədə qərar qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.

Məlumata görə, Baş icraçı direktor vəzifəsinin icrası müvəqqəti olaraq onun müavini Dəyanət Sədullayevə həvalə olunub.

Qərardan irəli gələrək Holdinqin İH-nə müvafiq tapşırıqlar verilib.

D.Sədullayev həm də "PAŞA Holdinq" MMC-nin baş direktorunun müavini və Azərbaycanda Amerika Ticarət Palatasının (" Azerbaijan") prezidentidir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…