Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərin Rusiya Federasiyasının bilavasitə yaxınlığında olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Diplomat vurğulayıb ki, Rusiya təkcə ikitərəfli kanallar vasitəsilə deyil, həm də ölkənin bir çox tərəfdaşları tərəfindən yaradılmış regional strukturlar vasitəsilə əlaqələrin inkişafında maraqlıdır.
Lavrov izah edib ki, söhbət Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasından, Ərəb Dövlətləri Liqasından, ASEAN-dan, Afrika İttifaqından, Latın Amerikası və Karib hövzəsi dövlətlərinin birliyindən və başqalarından gedir.
Həmin mətbuat konfransında Lavrov 30-a yaxın ölkənin BRİCS ilə yaxınlaşmada maraqlı olduğunu bildirib.