Rusiya prezidenti Vladimir Putinin 2 il əvvəl fevralın 24-ü səhər saatlarında elan etdiyi “xüsusi əməliyyat”ın başlaması ilə Rusiya ordusu Ukrayna ərazisinə daxil olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Krım üzərindən Xerson və Melitopol bölgələrinə qoşun yeridən rus ordusu havadan və qurudan qoşun göndərdiyi Kiyevi mühasirəyə alıb.
Rus ordusu Kiyev ətrafında gözləyərkən, iki tərəf İstanbulda danışıqlar masasına oturdu. 2022-ci il martın 29-da İstanbulda aparılan danışıqlar nəticəsində, prezident Rəcəb Tayyib Ərdoğanın vasitəçilik təşəbbüsləri nəticəsində Ukrayna tərəfi gələcək mümkün yazılı razılaşmanın prinsiplərini Rusiya tərəfinə çatdırdı.
Bir neçə gün sonra Kiyev administrasiyası Rusiya silahlı qüvvələri tərəfindən boşaldılan Buça və İrpin şəhərlərində kütləvi məzarlıqlar açıb və Rusiyanı qətliam törətməkdə ittiham edib. Ukrayna İstanbulda razılaşmadan çıxdığını açıqlayıb.
İstanbulda keçirilən danışıqlarda iki tərəfin ilkin şərtlərdə razılaşdığı iddia edilsə də, Ukrayna nümayəndə heyətinin Kiyevə qayıtdıqdan sonra razılaşmadan niyə imtina etməsinin səbəbi aylar sonra məlum olub.
Bəzi ukraynalı rəsmilər bildiriblər ki, o zaman Böyük Britaniyanın baş naziri Boris Conson Kiyev administrasiyasına təzyiq edib və razılaşmanı pozub. Putin də bunu dilə gətirib.
Rus ordusu Kiyevdən geri çəkildikdən sonra Donetsk, Luqansk, Zaporojya və Xerson xəttlərində istehkamlarını gücləndirib. Beləliklə, Rusiya Kiyevin Azov dənizi ilə əlaqəsini kəsdi, həmçinin 2014-cü ildə qeyri-qanuni ilhaq etdiyi Krımla quru əlaqə qurdu.
Rusiya Odessa və Nikolayev vilayətlərinin liman şəhərlərini də hədəfə alıb və Qara dənizdə strateji mövqedə yerləşən İlan adasını ələ keçirib.
Sentyabrın sonunda Donetsk, Luqansk, Zaporojya və Xersonda Rusiyanın tərkibinə daxil olmaq üzrə qondarma referendumlar keçirilib. Qanunsuz referendumda iştirak edənlərin əksəriyyəti ilhaq qərarına “hə” deyib. Beləliklə, Rusiya Krımdan sonra Ukrayna ərazisinin daha 15 faizini qanunsuz olaraq ilhaq edib.
Ukrayna 29 avqust 2022-ci ildə Xersonu azad etmək üçün əks-hücum əməliyyatına başladığını elan etdi.
Qeyri-qanuni ilhaq edilmiş Xersonda vətəndaşların əksəriyyətini başqa bölgələrə təxliyə edən Rusiya noyabrın 9-da bu şəhərdəki müdafiə xəttinin Dnepr çayının sol sahilinə çəkiləcəyini bəyan edib. Beləliklə, rus əsgərləri Xerson şəhər mərkəzini tərk etdilər.
Müharibə davam edərkən Rusiya və Ukrayna nümayəndə heyətləri atəşkəsə nail olmaq üçün 3-ü Belarusda, 1-i Türkiyədə olmaqla 4 dəfə üzbəüz danışıqlar aparıb. Bu danışıqlar zamanı hər iki tərəf yalnız münaqişə zonalarından mülki əhalinin evakuasiyası üçün humanitar yardım dəhlizlərinin açılması barədə razılığa gələ bilib.
Tərəflərin eyni mətni imzaladıqları digər müqavilə də taxıl müqaviləsi olub. Prezident Ərdoğanın təşəbbüsləri ilə 22 iyul 2022-ci il tarixində Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında "Ukrayna Limanlarından Taxıl və Ərzaq Məhsullarının Təhlükəsiz Daşınması Təşəbbüs Sənədi" imzalanıb və bu, ölkədə baş verə biləcək ərzaq böhranının qarşısını alacaqdır. Rusların bəzi tələbləri yerinə yetirilmədiyi üçün bu müqavilə 1 il davam edə bildi.
Ukrayna müharibə zamanı həlak olan rus əsgərlərinin sayının 407 mindən çox olduğunu iddia edir. Rusiya müharibədə həyatını itirən ukraynalı əsgərlərin ümumi sayını açıqlamasa da, gündə orta hesabla 400-500 Ukrayna əsgərinin öldürüldüyünü iddia edib.
Lakin heç bir tərəf itkiləri ilə bağlı dəqiq və yeni açıqlama verməyib. Müharibədə mülki əhalinin itkiləri ilə bağlı heç bir tərəf dəqiq rəqəmlər məlum deyil.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığının məlumatlarına görə, müharibə başlayandan bəri 10 min 65 mülki vətəndaş həyatını itirib, 18 min 679 mülki şəxs isə yaralanıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 6 milyon 479 min 700 ukraynalı müharibə səbəbindən hələ də xaricdədir.
Avropa Statistika İdarəsi 2023-cü ilin oktyabr ayının sonuna olan məlumata görə, 4 milyon 24 min ukraynalıya Aİ ölkələrində müvəqqəti qoruma statusu verilib.
Rusiyanın düz 2 il əvvəl “xüsusi əməliyyat” adı ilə başladığı müharibədə nə Moskvanın məqsədləri, nə də Kiyevin ərazi bütövlüyünü təmin etmək istəyi bu günə çatan məqamda dəyişməyib.
Müharibənin nə vaxt bitəcəyi hələ də bəlli deyil.