Operativ Məlumat Mərkəzi

Rusiya-Ukrayna mübadilə edilən əsrlərin sayı açıqlandı

1 dəq
Paylaş:
Rusiya-Ukrayna mübadilə edilən əsrlərin sayı açıqlandı

Fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlayandan sonra hər iki tərəfdən çoxlu əsgər və mülki vətəndaş əsir götürülüb. Bu çərçivədə Rusiya ilə Ukrayna arasında zaman-zaman edilən mübadilə ilə azad edilən əsirlərin sayı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" -in xarici mediayaya istinadən məlumatına görə, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 2000-dən çox əsir dəyişdirilib.

Rusiya Müdafiə Nazirliyi bu günə qədər Kiyevdə saxlanılan ən azı 800 rus əsgərinin əsir mübadiləsi əməliyyatlarında azad edildiyini açıqlayıb.

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 4-də Telegram-da verdiyi açıqlamada əsir mübadiləsi ilə 24 fevral 2022-ci ildən bu yana 1762 ukraynalının ölkələrinə qayıtdığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər