Rusiya İranla ortaq PUA istehsalı üçün gizli zavod yaradıb
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, belə bir iddia ilə Britaniyanın “Financial Times” qəzeti çıxış edib.
Qəzet yazır ki, Rusiya Tatarıstan Respublikasında pilotsuz təyyarələrin hərbi istifadəyə çevrilməsi üzrə fabrik quraraq İranla əməkdaşlıq edib.
“Albatros” adlanan həmin müəssisədə Rusiya Müdafiə Nazirliyi üçün kəşfiyyat xarakterli PUA-lar istehsal edilib və onlardan 50 ədədi Ukraynanın şərqindəki döyüşlər üçün göndərilib.