Operativ Məlumat Mərkəzi

Rusiya-İran razılaşması iki ölkə arasında münasibətlərin taleyini müəyyən edəcək

1 dəq
Paylaş:
Rusiya-İran razılaşması iki ölkə arasında münasibətlərin taleyini müəyyən edəcək
İranın Moskvadakı səfiri Kazem Cəlali TASS-a müsahibəsində bildirib. “Bu müqavilə İran və Rusiya arasında münasibətlər üçün hüquqi və konseptual əsas...

Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi ən azı növbəti 20 il ərzində müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı müəyyən edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İranın Moskvadakı səfiri Kazem Cəlali TASS-a müsahibəsində bildirib.

“Bu müqavilə İran və Rusiya arasında münasibətlər üçün hüquqi və konseptual əsas yaradır və ən azı növbəti iyirmi il üçün iki ölkə arasında bütün sahələrdə əməkdaşlığı müəyyən edir”,- deyə səfir qeyd edib.

İndiyədək iki ölkə İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələr və əməkdaşlıq prinsipləri əsasında sazişdən istifadə edib. 10 illik müqavilə 2001-ci ildə imzalandıqdan sonra avtomatik olaraq sonrakı beş illik dövrlərə uzadılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər