İyulun 3-də Tehranda keçirilən anım mərasimində iştirak etmək üçün Rusiyadan bir qrup islamşünas alim və din xadimi İrana səfər edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, rusiyalı nümayəndə heyəti mərasimdə iştirak etmək və ehtiramını bildirmək məqsədilə İranın paytaxtı Tehrana gəlib.
Məlumata görə, nümayəndə heyətinin səfəri Rusiya və İranın dini dairələri arasında mövcud əlaqələrin davamı kimi qiymətləndirilir.
Bildirilir ki, mərasimdə dünyanın müxtəlif ölkələrindən rəsmi şəxslər, dini xadimlər və nümayəndə heyətləri də iştirak ediblər.
Qeyd edək ki, rusiyalı din xadimlərinin tədbirə qatılması iki ölkə arasında dini, mənəvi və mədəni əlaqələrin inkişafının göstəricilərindən biri kimi dəyərləndirilir.