Fevral ayının 2-də kriptovalyuta birjalarında qiymətlərin enməsi qeydə alınıb. Xüsusilə bazarın lideri olan “Bitcoin” son sutka ərzində əhəmiyyətli dəyər itkisi yaşayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" “CoinMarketCap” platformasına istinadən xəbər verir ki, “Bitcoin” son 24 saatda 4,11% ucuzlaşaraq 75 447 ABŞ dollarına enib.
Bu, kriptovalyuta bazarında ümumi mənfi tendensiyanın davam etdiyini göstərir.
Eyni dövrdə “Ethereum” da dəyər itirib. Sözügedən kriptovalyutanın qiyməti 8,88% azalaraq 2 218 ABŞ dolları səviyyəsində qərarlaşıb. Bazarda ilk beşlikdə yer alan digər aktivlərdən XRP son sutkada 5,69%, BNB isə 3,96% ucuzlaşıb.
Xatırladaq ki, “Bitcoin”in tarixi maksimum qiyməti ötən ilin oktyabr ayında qeydə alınıb. Həmin dövrdə aparıcı kriptovalyutanın dəyəri 126 min ABŞ dollarını ötüb.