Operativ Məlumat Mərkəzi

Rəşad Nəbiyev: "Vətəndaşların 39 %-nin genişzolaqlı internetə çıxışı var"

2 dəq
Paylaş:
Rəşad Nəbiyev: "Vətəndaşların 39 %-nin genişzolaqlı internetə çıxışı var"
bunu Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2023” konfransında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib. Onun sözlərinə görə, gələn...

Azərbaycan vətəndaşlarının 39 %-nin genişzolaqlı internetə çıxışı təmin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2023” konfransında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

Onun sözlərinə görə, gələn ilin sonuna bu rəqəm 100 % olacaq.

“Biz Xəzər dənizinin dibi ilə yeni internet xəttinin çəkilməsinə nail olduqdan sonra ev təsərrüfatlarının hamısının genişzolaqlı internetə çıxışı olacaq. Qarşımızdakı vəzifələrdən biri də rəqəmsallaşmanı genişləndirmək və kibertəhlükəsizliyi təmin etməkdir. Dünya İqtisadi Forumunun məlumatına görə, dünya əhalisinin 46 %-i kibertəhlükəsizlikdən əziyyət çəkir. Bunu nəzərə alaraq biz bu sahədə ekspertlərin hazırlanması üçün işləyirik. Rəqəmsal transformasiya istiqamətində atdığımız addımlara internetin orta sürətinin artırılması, 5 G yeni nəsil internet şəbəkəsinin inkişafı daxildir", - deyə nazir qeyd edib.

O, həmçinin əlavə edib ki, Azərbaycanda tezliklərin səmərəli istifadəsi üçün nazirlik tənzimləyici qurum olaraq nəzarət tədbirlərini davam etdirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər