Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-də rekord istilər: Müstəqillik Günü qeyd etmələri təhlükə altında

2 dəq
Paylaş:
ABŞ-də rekord istilər: Müstəqillik Günü qeyd etmələri təhlükə altında

ABŞ-nin şərq hissəsində səbəbilə geniş xəbərdarlıq elan edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ABŞ-nin Orta Qərb, Şimal-Şərq və Cənub ştatlarında iyulun 1-dən etibarən milyonlarla insan üçün yüksək temperaturla bağlı xəbərdarlıqlar qüvvəyə minib.

Məlumata görə, meteoroloqların proqnozuna əsasən, havanın hiss olunan temperaturu 38°C ilə 46°C arasında dəyişəcək ki, bu da istilik vurması və digər sağlamlıq problemləri riskini artırır.

Bildirilir ki, şəhər hakimiyyətləri əhalinin qorunması üçün fövqəladə tədbirlər görür. Çikaqoda sakinlər yaşlı və həssas qruplara diqqət göstərməyə çağırılıb, Nyu-Yorkda isə yüzlərlə soyutma mərkəzi fəaliyyətə başlayıb və xüsusi soyutma furqonları küçələrə çıxarılıb. İctimai hovuzların iş saatları uzadılıb, evsizlər üçün əlavə dəstək tədbirləri görülüb.

Məlumata görə, enerji şirkətləri elektrik şəbəkəsinə düşən yükü azaltmaq üçün vətəndaşları pik saatlarda enerji sərfiyyatını azaltmağa çağırıb.

Qeyd edək ki, istilərin iyulun 4-də qeyd olunacaq tədbirlərinə də təsir edəcəyi gözlənilir. Vaşinqtonda planlaşdırılan “Salute to America” atəşfəşanlıq şousu üçün geniş hazırlıqlar görülsə də, ekstremal ilə bağlı narahatlıqları qalmaqdadır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax