Hazırda "Girona"da icarədə əsasında çıxış edən braziliyalı müdafiəçi Yan Kouto "Real Madrid"in maraq dairəsinə düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.
Mənbənin məlumatına görə,"kral" klubu 21 yaşlı cənubi amerikalıya yanvarda 32 yaşı tamam olacaq Dani Karvaxala alternativ kimi baxır.
Qeyd edək ki, Kouto "Mançester Siti" klubuna məxsusdur. Onun "Girona"dakı icarəsi 2024-cü ilin ortalarına qədər nəzərdə tutulub.
Xatırladaq ki, La Liqanın cari mövsümündə müdafiəçi 14 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.