Milli Məclisin sabiq deputatı Rauf Asif oğlu Əliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Dövlət başçısının imzaladığı Sərəncama əsasən, o, ölkənin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.
Xatırladaq ki, mayın 27-də Rauf Əliyevin 70 illik yubileyi qeyd olunur. O, fəaliyyəti dövründə aşağıdakı vəzifələri icra edib:
- Milli Məclisin III, IV, V və VI çağırış deputatı;
- AFFA-nın vitse-prezidenti.