Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb

1 dəq
Paylaş:
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb

Azərbaycanın əksər rayonlarda əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıb, şimşək çaxıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin avqustun 29-u saat 11:00-a olan məlumatında qeyd edilib.

Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub. Düşən yağıntının miqdarı Balakəndə 8, Kəlbəcər, Gədəbəydə 7, Daşkəsəndə 5, Göygöldə 4, Goranboyda 3, Sədərəkdə 2, Şəki, Tovuz, Şahdağ, Şəmkir, Gəncə, Naxçıvan, Şərur, Şahbuzda 1 mm-dək alınıb.

Bəzi yerlərdə -qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və yarımadasında 20 m/s, Culfada 17 m/s, Naxçıvanda isə 16 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 36, Aran rayonlarında 35, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti müşahidə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə