Operativ Məlumat Mərkəzi

Bakı metrosunun Dərnəgül deposunda işlər 2027-ci ildə tamamlanacaq

2 dəq
Paylaş:
Bakı metrosunun Dərnəgül deposunda işlər 2027-ci ildə tamamlanacaq

Bakı metrosunun elektrik deposunun tikintisi 2027-ci ildə yekunlaşacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev məlumat verib.

Qeyd edilib ki, 2025-ci ildə qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq uzun illərdən sonra Dərnəgül deposunun inşasına davam edilib.

“28 May stansiyası ərazisində xətlərin ayrılması layihəsinin əsas tərkib hissəsi olan iki şaxtada qazıntı işləri aparılır. İçərişəhər stansiyasından sonra dönmə kamerasının inşası üçün kommunikasiyalar dəqiqləşdirilib və sahə tikintiyə hazır vəziyyətə gətirilib. Həzi Aslanov stansiyasının dalan yolunda yenidənqurma işləri növbəti mərhələyə çatdırılıb”.

Vurğulanıb ki, Dövlət Proqramı çərçivəsində 10 yeni stansiyanın tikintisi planlaşdırılır ki, bu da Bakı metrosu tarixində qısa müddətdə həyata keçiriləcək ən böyük genişlənmə mərhələsi olacaq.

Bu stansiyalardan birinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Ötən il B4 layihə stansiyasında təmir və sürətlə davam etdirilib.

Bu layihələr Bakı metrosunun səmərəliliyinin artırılması, yol sərnişinlərinin rahatlığı və şəhər nəqliyyatının modernləşdirilməsi məqsədini daşıyır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax