Operativ Məlumat Mərkəzi

Qusarda itkin düşən kişi meşədə tapıldı

1 dəq
Paylaş:
Qusarda itkin düşən kişi meşədə tapıldı
Qusarda itkin düşən şəxs tapılıb. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Qusar Rayon...

Qusarda itkin düşən şəxs tapılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə rayonun Kuzun kənd sakini, əqli qüsurlu 47 yaşlı Gülbala Muradovun itkin düşməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən dərhal zəruri tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin nəticəsində G.Muradov meşənin dərinliklərindən tapılaraq ailəsinə təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər