Operativ Məlumat Mərkəzi

Qurban Yetirmişli: "5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur"

1 dəq
Paylaş:
Qurban Yetirmişli: "5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur"
bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Xəzər dənizində baş vermiş...

"5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yeraltı təkanın müddəti 10 saniyədən az olub və heç bir dağıntı qeydə alınmayıb.

Q.Yetirmişli bildirib ki, kiçik təkanlar var və olmalıdır: "Yəni avterşoklar, enerji boşalmaları gedir. Çünki güclü təkanlar olub. Amma 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur. Bununla yanaşı ola bilsin ki, arada 3 maqnitudada hiss edilən zəlzələ baş versin. Bəlkə də heç olmayacaq. Çünki zəlzələ ocağı 65 kilometr dərinlikdədir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər