Operativ Məlumat Mərkəzi

Quba sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

1 dəq
Paylaş:
Quba sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb
Quba sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin...

Quba sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat bildirilib.

Qeyd edilib ki, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd "Toz" markalı ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Faktlar üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər