Operativ Məlumat Mərkəzi

Hava, qazon və azarkeşlər taleyə necə təsir edəcək? - Çempionlar Liqasının həyacan dolu oyunu

4 dəq
Paylaş:
Hava, qazon və azarkeşlər taleyə necə təsir edəcək? - Çempionlar Liqasının həyacan dolu oyunu
"Bu gün “Qarabağ” Çempionlar Liqasının liqa mərhələsində son ev oyununa çıxır. Rəqib Almaniya Bundesliqasının tanınmış komandasıdır və uzun illərdir...

"Bu gün “” Çempionlar Liqasının liqa mərhələsində son ev oyununa çıxır. Rəqib Bundesliqasının tanınmış komandasıdır və uzun illərdir Avropa yarışlarında “Qarabağ”ın qarşılaşdığı, bəzi hallarda uduzduğu rəqiblərdəndir. Hazırda komanda turnir cədvəlində 22-ci yerdədir və qələbə qazanmaq vacibdir. Əgər bu matçı uduzsaq, son tur səfərdə “Liverpul”a qarşı qələbə qazanmaq çətin olduğundan pley-off şanslarımız xeyli azalacaq".

Bu sözləri “Operativ Məlumat Mərkəzi–OMM”-ə açıqlamasında idman jurnalisti Mehman Süleymanov bildirib.

Matçın taleyini hansı amillər həll edəcək?

“Bu oyun komandamız üçün çox önəmlidir. Rəqib güclü və təcrübəlidir, amma “Qarabağ” evdə dominant futbol oynayacaq və qələbəni rəqib qapısında axtaracaq. Hava və şəraiti, azarkeş dəstəyi oyuna təsir göstərə bilər. Soyuq hava və keçən tur ev oyununda "Ayaks"a uduzmaq bəzi azarkeşlərin gəlməməsinə səbəb ola bilər, amma həqiqi fanatlar sona qədər komandasını dəstəkləməlidir. "Ayntraxt" UEFA tərəfindən cəzalanıb, iki səfər oyununda azarkeş üçün yer ayrılmayıb, amma Budapeşt-Bakı reysi ilə xeyli azarkeş Bakıya gəlib”.

“Qarabağ”ın turnir cədvəlindəki vəziyyətini nəzərə alsaq, bu oyun komandadan daha çox riskli, yoxsa ehtiyatlı oyun tələb edir?

Ekspert qeyd edib ki, “turnir cədvəlindəki sıxlıq komandamızı qələbəyə məcbur edir. Son iki oyunda ən azı bir qələbə qazanmalıyıq. Hətta iki xal və ya bir xal kifayət etməyəcək. Aşağı yerlərdə pley-off şansı üçün rəqabət böyükdür və hər turun sonunda yerlər dəyişir. Bununla belə, ehtiyatı da əldən verməmək lazımdır. "Qarabağ" ev oyunlarında adətən dominant tərəfdir və baş məşqçi Qurban Qurbanov futbol fəlsəfəsindən əl çəkmir. Komanda hücuma yönələcək, amma müdafiədə diqqətli olmaq vacibdir, çünki rəqib Almaniya təmsilçisidir və Avrokuboklarda böyük təcrübəyə malikdir. Standart vəziyyətlər onlarda həmişə təhlükəlidir”.

Mehman Süleymanov həmçinin rəqibdəki baş məşqçi dəyişikliyinə diqqət çəkib:

“Dino Toppmöller istefaya göndərilib və komandanın yeni hələ təyin olunmayıb. Müvəqqəti olaraq iki məşqçi, əvəzedici və 19 yaşlı komandanın məşqçiləri rəhbərlik edir. Onlardan biri Aleksandr Mayerdir. 2013-cü ildə "Ayntraxt"–"Qarabağ" oyununda bizə üç qol vurmuşdu və komandamızı yaxşı tanıyır. İndi gənc mütəxəssisdir. Bu dəyişikliyə görə Qurban Qurbanov konfranslarında fikirlərinin qarışdığını bildirib. Yeni taktika ilə oynayıb-oynamayacaqları hələ məlum deyil”.

Ekspertin sözlərinə görə, Kadinin zədələnməsi də vacib amildir:

“Oyun qurucusu kimi komandaya çox kömək olurdu və onun əvəzinə son oyunlarda Montiel oynayırdı. Montiel Antalya toplanışında yaxşı formada olduğunu göstərdi. Oyun öncəsi məşqçilər korpusu bu mövqeyi müəyyənləşdirəcək. Yenə deyirəm, "Qarabağ" rəqib nə qədər güclü və təcrübəli olsa da, ilk dəqiqələrdən müdafiədə dayanmayacaq. Komanda topa nəzarət etməyə və rəqib müdafiəsini yararaq qol vurmağa çalışacaq. Bu, son ev oyunudur və turnir cədvəlində vəziyyət bunu tələb edir”.

Mehman Süleymanov yekun olaraq vurğulayıb ki, “Qarabağ” üçün bu oyun həm turnir cədvəlindəki mövqeyinə, həm də pley-off şansına görə həyati əhəmiyyət daşıyır və komanda qələbə üçün maksimum səy göstərməyə məcburdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax