Operativ Məlumat Mərkəzi

“Qarabağ” pley-off mərhələsinə necə adlaya bilər?

3 dəq
Paylaş:
“Qarabağ” pley-off mərhələsinə necə adlaya bilər?

” bu gün UEFA Çempionlar Liqasında indiyədək qarşılaşmadığı ən çətin sınaqlardan birinə çıxacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təmsilçisi səfərdə, futbolun ikonalarından sayılan “ Road” stadionunda İngiltərənin nəhəngi “”la üz-üzə gələcək.

Liqa mərhələsinə start verilərkən bir çoxlarının 3 xal belə gözləmədiyi “Qarabağ” artıq sübut edib ki, bu turnirdə sürpriz etmək onun təbiətindədir. “Benfika”nın Lissabonda, “Ayntraxt”ın isə Bakıda məğlub edilməsi komandanın potensialını açıq şəkildə göstərdi. İngiltərədə qazanılacaq bir xal isə Ağdam klubunu birbaşa 1/8 finala daşıya və tarixə çevirə bilər.Qarabağ” klubu dünya reytinqində daha 17 pillə irəliləyib | CBC Sport

Bunun mümkünsüz göründüyünü düşünənlər çoxdur. Amma Avropada artıq öz sözünü demiş “Qarabağ”dan hər cür nəticə gözləmək olar. Üstəlik, hazırkı vəziyyət təmsilçimizin xeyrinə də işləyə bilər. Premyer Liqada istədiyi nəticələri əldə edə bilməyən “Liverpul”da daxili gərginlik hökm sürür. Baş məşqçi Arne Slot həm media, həm də klubun sabiq oyunçularının ciddi təzyiqi altındadır.

Bununla yanaşı, Mersisayd təmsilçisinin də bu oyuna ciddi ehtiyacı var. Turnir cədvəlində 15 xalla 4-cü pillədə yer alan “Liverpul” birbaşa 1/8 finala yüksəlmək üçün xala möhtacdır. Qələbə isə onları pley-off mərhələsindən xilas edəcək.

Əgər “Qarabağ” “Enfild”də məğlub olarsa belə, şanslar tam itmir. Bu halda növbəti mərhələyə yüksəlmək üçün “Brügge”, “Kopenhagen”, “Napoli”, “Olimpiakos”, “Atletik”, PSV, “Monako”, “Bayer” və “Marsel” kimi komandalardan azı üçünün xal itirməsi tələb olunur.

Qarabağ

Top fərqi -2 olan Ağdam təmsilçisini keçmək üçün bəzi komandalar üçün heç-heçə yetərli olsa da, bir sıra rəqiblər mütləq qələbə qazanmalıdır. Xüsusilə “Brügge” ilə “Marsel”in qarşılıqlı oyunu vəziyyəti daha da mürəkkəbləşdirir və bu, “Qarabağ”ın lehinə işləyə bilər.

Eyni zamanda “Barselona”nın evdə uduzması, “Bayern”in xalsız qalması, “Çelsi”, “Ayaks”, “Sportinq” və “Yuventus”un hamısının məğlub olması kimi ssenarilər artıq sensasiya səviyyəsində qiymətləndirilir.

Ümumilikdə mənzərə onu göstərir ki, möcüzə baş verməsə belə, “Qarabağ”ın Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlmək şansı olduqca realdır. Bu gecə “Enfild”də təkcə bir oyun yox, futbolunun növbəti tarixi yazıla bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax