“Qarabağ” dünya reytinqində daha 3 pillə geriləyib

“Qarabağ” dünya reytinqində daha 3 pillə geriləyib
03.04.2023 15:36
Aa
dəq

“Qarabağ” klubların dünya reytinqində ötən ayla müqayisədə daha 3 pillə geriləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Opta” statistika platformasına istinadən xəbər verir ki, Azərbaycan çempionu siyahıda 72-ci yerə düşüb.

Ağdam təmsilçisi 84,6 reytinq xalına malikdir. Bununla belə, “Qarabağ” cədvəlin ilk “100-lüy”ündə özünə yer tapan yeganə Azərbaycan komandası olaraq qalmaqdadır.

Azərbaycan Premyer Liqasında çıxış edən digər klubların da mövqeləri bəlli olub. “Neftçi” (77,7) 239-cu, “Sabah” (76,2) 295-ci, “Qəbələ” (72,0) 644-cü, “Zirə” (71,9) 651-ci, “Turan Tovuz” (68,3) 1120-ci, “Şamaxı” (66,2) 1474-cü, “Kəpəz” (66,1) 1490-cı, “Sumqayıt” (65,6) 1574-cü, “Səbail” (64,5) isə 1811-ci yerdə qərarlaşıblar.

“Qarabağ” MDB məkanı təmsilçiləri arasında ikinci sırada yer alıb. Azərbaycan çempionunu yalnız Ukrayna “Şaxtyor”u (Donetsk) qabaqlayır. “Şaxtyor” 85,3 reytinq xalı ilə 62-ci pillədədir.

Türkiyənin isə iki klubu ilk “100-lüy”ə düşə bilib. “Fənərbağça” (84,7) 70-ci, “Qalatasaray” (83,0) 95-cidir.

13 660 komandanın yer aldığı cədvəldə ikihakimiyyətlilik var. Almaniya təmsilçisi “Bavariya” ilə İngiltərə “Mançester Siti”si eyni xalla (100 xal) liderliyi bölüşdürürlər. İtaliya klubu “Napoli” (98,0) üçüncü pillədə yer alıb.

Həftənin ən çox oxunanları

Türkiyə Super Liqası: "Qalatasaray" bu gün səfərdə "Fənərbağça" ilə üz-üzə gələcək

Türkiyə Super Liqası:
DAVAMIN OXU davamın oxu

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq
DAVAMIN OXU davamın oxu

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!
DAVAMIN OXU davamın oxu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
DAVAMIN OXU davamın oxu

“İmarət” stadionunun təməli qoyulub

“İmarət” stadionunun təməli qoyulub
DAVAMIN OXU davamın oxu