Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanın 5 gəmisi Aİ-nin sanksiya siyahısından çıxarıldı

2 dəq
Paylaş:
Azərbaycanın 5 gəmisi Aİ-nin sanksiya siyahısından çıxarıldı

Avropa İttifaqı Şurasının ötən gün qəbul etdiyi qərarla " Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "Zaqatala" gəmisinə, eləcə də ASCO ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə müəssisəsinə məxsus "Şuşa", "Qarabağ", "Xankəndi" və "Zəngəzur" gəmilərinə qarşı tətbiq edilmiş sanksiyalar ləğv olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” ASCO-ya istinadən xəbər verir ki, qərara əsasən, sözügedən gəmilər Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb.

Məsələnin müsbət həlli , Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nazirliyi, ASCO və SOCAR-nın koordinasiyalı şəkildə həyata keçirdiyi diplomatik və hüquqi fəaliyyət nəticəsində mümkün olub.

Sözügedən gəmilər çarter müqavilələri əsasında üçüncü tərəflərə uzunmüddətli icarəyə verilib, onların istismarı isə qaydalara, o cümlədən sanksiya tələblərinə tam uyğun şəkildə həyata keçirilib. Qəbul olunmuş qərar beynəlxalq hüquq normalarına əsaslanan obyektiv yanaşmanın və konstruktiv dialoqun nəticəsi kimi qiymətləndirilir.

ASCO gəmiçilik sahəsində beynəlxalq fəaliyyət göstərən dövlət şirkəti kimi bundan sonra da fəaliyyətini ölkə qanunvericiliyinə, beynəlxalq hüquq normalarına və beynəlxalq sanksiya rejimlərinə ciddi riayət etməklə davam etdirəcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax