Puçdemon ölkəsinə qayıtmaq niyyətindədir

Puçdemon ölkəsinə qayıtmaq niyyətindədir
22.03.2024 07:24
Aa
dəq

İspaniyanın muxtar regionu Kataloniyanın sabiq lideri hazırda sürgün həyatı yaşayan Karles Puçdemon ölkəsinə qayıtmaq niyyətindədir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, o, Fransanın Eln şəhərində keçirilən konfransında bu barədə çıxışında Kataloniyada keçiriləcək növbəti parlament seçkilərində iştirak edəcəyini deyib.

Puçdemon separatçı fəaliyyətinə görə təqib olunduğu üçün 6 il əvvəl İspaniyanı tərk etmək məcburiyyətində qalıb.

O, Belçikada siyasi sığınacaq əldə edib. Hazırkı İspaniya rəhbərliyi separatçı fəaliyyətdə ittiham olunanlarla bağlı əfv fərmanı verməyi planlaşdırır. Bu barədə qanun layihəsi parlamentin aşağı palatasında səsvermə ilə qəbul edilib.

Kataloniyada seçkilər 12 mayda keçiriləcək. Puçdemonun namizədliyi ilə bağlı Eln şəhərində bəyanat səsləndirməsi təsadüfi deyil.

Belə ki, 2017-ci ildə məhz Eln şəhərində Kataloniyanın müstəqilliyi üçün referendum keçirilməsi barədə bülletenlər çap olunmuşdu. Təşkilatçıların sözlərinə görə, katalonların 90 faizi İspaniyadan ayrılmağın lehinə səs veriblər. Lakin krallıq referendumu qanunsuz adlandırıb və onun nəticələrini tanımayıb.

İspaniya konstitusiyasına bu barədə əlavə olunan 155-ci maddəyə əsasən muxtariyyətin bütün idarələri mərkəzi hökumətə tabe edilib.

Həftənin ən çox oxunanları

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib
DAVAMIN OXU davamın oxu

Niderlandda bir qadının evtanaziyasına icazə verilib

Niderlandda bir qadının evtanaziyasına icazə verilib
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Slovakiyanın Baş naziri yaralanıb

Slovakiyanın Baş naziri yaralanıb
DAVAMIN OXU davamın oxu