"PSJ" klubu "Bavariya"nın vingeri Maykl Olisenin transferi ilə bağlı planlarını dəyişib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Paris təmsilçisi 22 yaşlı futbolçu üçün mübarizədən geri çəkilmək qərarına gəlib. Hazırda Olisenin transferində əsas favorit kimi Madridin "Real" klubu göstərilir.
"L'Equipe"nin məlumatına görə, "PSJ" rəhbərliyi futbolçu üçün yüksək məbləğ ödəmək istəmir. Klub transfer siyasətini daha münasib qiymətə oxşar səviyyəli oyunçuların alınması istiqamətində qurur.
"Transfermarkt"ın məlumatına əsasən, Olisenin bazar dəyəri təxminən 150 milyon avro qiymətləndirilir. "PSJ"nin alternativ siyahısında isə "Monako"dan Maqnes Akliuş və "Leyptsiq"dən Yan Diomande yer alır. Akliuşun dəyəri təxminən 50 milyon avro, Diomandenin isə 90 milyon avro civarında göstərilir.