Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sabahın hava proqnozu: 13 dərəcə isti gözlənilir

1 dəq
Paylaş:
Sabahın hava proqnozu: 13 dərəcə isti gözlənilir

Azərbaycanda martın 12-də hava əsasən yağmursuz olacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub- küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-12° isti olacaq.

təzyiqi 775 mm civə sütunundan 772 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq və şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda isə gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax