Özbəkistan Peşəkar Futbol Liqası “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Özbəkistan Peşəkar Futbol Liqasının “X” səhifəsində bildirilib.
“Özbəkistan Peşəkar Futbol Liqası “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edir! Qardaş Azərbaycan klubuna Avropanın ən nüfuzlu klub turnirində uğurlar, möhtəşəm qələbələr və yeni nailiyyətlər arzulayırıq!”, - təbrikdə qeyd olunub.
Qeyd edək ki, ötən gün Azərbaycan çempionu “Sabah” Bakıda İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşıb. "Sabah" İsrail təmsilçisini məğlub edərək adını Çempionlar Liqasının liqa mərhələsinə yazdırıb.